Məşhur Hollivud ulduzu Arnold Şvartsenegger ABŞ prezidenti Donald Trampın qəlbinin dərinliklərində özünü ona bənzətməyə çalışdığını iddia edib.
Realpress.az Trend-ə istinadən xəbər verir ki, aktyor bu fikrini yerli jurnalların birinə müsahibəsi zamanı səsləndirib.
"Nə üçün D.Tramp sosial şəbəkələrdə daim sizə söz atır" sualına cavab olaraq aktyor deyib: "Düşünürəm ki, o, məni sevir. Yoxsa o, daim sosial şəbəkələrdə nə üçün mənə söz atır?"
Daha sonra isə 72 yaşlı aktyor əlavə edib: "İşin əsli budur ki, o, mən olmaq istəyir".
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.