İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan vilayətinin Zabol rayonunda ötən gün küləyin sürəti saatda 101 kilometrə çatıb.
Realpress.az Trend-ə istinadən xəbər verir ki, kəskin hava şəraiti ilə bağlı xəbəri İranın Sistan və Bəluçestan vilayətinin hava proqnozları bürosunun direktoru Mahmud Diyanəti rəsmi təsdiqləyib. M.Diyanətinin sözlərinə görə, güclü külək bölgədə qum qasırğasına da səbəb olub.
Büro direktoru əlavə edib ki, hazırda rayonda hava tozlu, görüntü zəifdir, xüsusən də aeroportun işində problem yaradır.
Büro rəsmisi proqnozlara əsasən, hava şəraitinin həftə sonuna qədər bu cür davam edəcəyini deyib.
ABŞ-ın Alabama ştatında dağıdıcı tornado qeydə alınıb.
Ölkələr ikitərəfli razılaşmalardan daha çox bərabər miqdarda koronavirus peyvəndi tədarükünə diqqət yetirməlidirlər.
Moskva və Tehran qarşılıqlı şəkildə bir sıra regional məsələlər, o cümlədən də Qarabağdakı vəziyyətlə bağlı dialoqu dərinləşdirməkdə maraqlıdırlar.