Təmassız ödənişlərdə limit artırılır

Təmassız ödənişlərdə limit artırılır
10 Sent 2019 14:29


Təmassız (contactless) kartlarla ödənilən vəsaitlərin həcmi 2,5 dəfə artırılaraq, 20 manatdan 50 manata çatdırılıb. 

Realpress.az xəbər verir ki, bunu Bakıda "Visa Token" sisteminin təqdimatına həsr edilmiş mətbuat konfransında çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov deyib.

O bildirib ki, bu, həmin kartlardan daha geniş istifadəyə şərait yaradacaq.

"Visa Inc." şirkətinin Qafqaz regionu üzrə yeni direktoru Kristina Doros isə "Visa kartları ilə aparılan ümumi transaksiyaların təxminən 70-80 faizi kontaktsız transsaksiyaların təşkil etdiyini deyib:

"Kontaktsız transsaksiya insanları kiçik məbləğlərdə ödənişlər zamanı yaşanan problemlərdən qurtaracaq. Restoranlarda və ya hər hansı kafedə kofe alanda, bir dollar qədər olan ödənişlərin plastik kart vasitəsilə ödənişi çətindir.

Təmassız ödəniş zamanı isə bu çox rahat şəkildə gerçəkləşdirilə bilər. İnsanlar üçün bu cür az məbləğli ödənişlərdə təmassız ödəniş sistemi əlverişlidir. Bu xidmətin təşkili istiqamətində qamunvericilik normaları da nəzərə alınır.

Aidiyyəti qurumlarla bu barədə danışıqlar aparılır ki, hər kəs bu xidmətdən rahat şəkildə istifadə etsin".

O qeyd edib ki, təmassız ödəniş transsaksiyalarının 40 manata qədər limitli olmasına çalışılır:

"Tranzaksiyaların 80 faizi 40 dollar civarında olur. Buna görədə limit dərəcəsinin ilkin mərhələdə 40 dollar dəyərində olması düşünülür".


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.