Pilot reysə gecikdi, təyyarəni sərnişin sürdü

Pilot reysə gecikdi, təyyarəni sərnişin sürdü
06 Sent 2019 09:26

Böyük Britaniyanın “EasyJet” aviaşirkətinin pilotlarından biri reysə gecikib. Onun vəzifəsini sərnişin yerinə yetirməli olub.

Realpress.az bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə Mançesterdən İspaniyanın Alikante şəhərinə reys zamanı baş verib.

Havada problem yaranıb, Fransada məcburi eniş etmək lazım gəlib. Əlverişli hava şəraiti yarananda isə pilot aeroporta gecikib. Vəziyyəti sərnişin Maykl Bredli xilas edib.

Əslində, Maykl adi sərnişin deyil. O da “EasyJet”in pilotudur. Sadəcə, həmin gün həyat yoldaşı və kiçik oğlu ilə məzuniyyətə gedirmiş. Bredli aviaşirkətə zəng vuraraq, təyyarəni idarə etməyə hazır olduğunu bildirib. Pilot lisenziyası və başqa uyğun sənədlər üstündəymiş. Beləcə, təyyarə tezliklə Alikantedə uğurla eniş edib.

Dünən Şotlandiyada pilotlarla bağlı daha bir maraqlı hadisə olub. Pilotların hər ikisi təyyarəyə sərxoş halda minib. İşə polis qarışıb. Hər ikisini həbs ediblər.



21 Fev 2020
Maraqlı

Vanqadan dəhşətli proqnoz: fevralın 22-si qlobal fəlakət baş verəcək

Vanqadan dəhşətli proqnoz: fevralın 22-si qlobal fəlakət baş verəcək

20 Fev 2020
Maraqlı

5G texnologiyası İT bazarının artımına kömək edəcək

"International Data Corporation" (IDC) şirkəti 2020-ci il üçün dünya informasiya texnologiyaları (İT) bazarı üzrə proqnoz dərc edib.

19 Fev 2020
Maraqlı

Pişik bəsləmək ruh sağlamlığına YAXŞI TƏSİR EDİR

Pişik bəsləmək ruh sağlamlığına yaxşı təsir etdiyi kimi insan həyatına da inanılmaz müsbət faydaları var.