Qabları yuyanda bir çox qadınların etdiyi 4 SƏHV

Qabları yuyanda bir çox qadınların etdiyi 4 SƏHV
05 Sent 2019 09:29

Qab yumaq qadınların gündəlik işidir. Lakin bir çox qadınlar bu çətin olmayan işi icra edəndə bəzi səhvlərə yol verirlər ki, bu səhvlər sağlamlığa ziyan vurur.

1. Qabyuyan vasitəsinə qənaət edin

Bu həm büdcəniz, həm də sağlamlığınız üçün faydalıdır. Qabyuyan vasitələrinin tərkibində müxtəlif insan sağlamlığına ziyan vura bilən kimyəvi maddələr var. Odur ki, qabları yuyanda çalışın bu vasitələrdən lazım olandan çox istifadə etməyin. Həmçinin qabları axar suyun altında yaxşı-yaxşı  yaxalayın.

2. Qabyuyan süngəri tez-tez dəyişin

Mütəxəssislər xəbərdarlıq edir ki, qabyuyan süngər mətbəxdə ən çirkli əşyadır. Qabları yuyandan sonra süngərin özünü yaxşı yuyun və qurudun. Saglamolun.az bildirir ki, qabyuyan süngər hər 5-7 gündən bir təzələnməlidir.

3. Qabları yuyandan sonra moykanı yumağı unutmayın

Amerikalı alimlər araşdırma zamanı aşkar ediblər ki, bir çox evlərdə moykalarda mikrobların sayı  unitazda olandan daha çoxdur. Bunun səbəbi moykaların müntəzəm olaraq yuyulmamasıdır. Qabları yuyub qurtarandan sonra mütləq moykanı və ona bitişik olan səthləri yuyucu vasitə ilə yaxşı yuyun. 

4. Qabları isti su ilə yuyun

Bəzi qadınlar əllərini korlamamq üçün qabları soyuq suda yuyur. Lakin bu səhvdir.

Mütəxəssislər qeyd edir ki, yuyucu vasitələr isti suda daha effektlidir və qabları daha yaxşı təmizləyir. Soyuq suda yuyulan qablar isə yaxşı yuyulmur.   

Realpress.az



17 Fev 2020
Maraqlı

SLAYMın bilmədiyiniz təhlükələri - dəridə yaralar, mədə ağrısı, ishal, boğulma…

Uşaq və yeniyetmələr arasında çox populyar olan oyuncaq-antistres slaym sağlamlığa ciddi ziyan vura bilər. Belə nəticəyə istehlakçıların hüquqlarını müdafiə edən müstəqil Witch şirkəti (Böyük Britaniya) gəlib.

17 Fev 2020
Maraqlı

Konor Makqreqor formasında tort hazırladı və məşhur oldu

Konor Makqreqor formasında tort hazırladı və məşhur oldu

15 Fev 2020
Maraqlı

İnsanı xoşbəxt edə biləcək məhsullar açıqlandı

ABŞ-ın Arizona ştatında yerləşən Mayo klinikasının ekspertləri insanın psixi sağlamlığına müsbət təsir göstərən məhsulların siyahısını açıqlayıb.

15 Fev 2020
Maraqlı

Bu bitki olan evdə güvə, gənə, bit, birə olmur

Vətəni cənubi Afrika olan ətirşah Avropaya XVII əsrin axırlarında dekorativ bitki kimi gətirilib.