Ali təhsil müəssisələrinə qeydiyyat başlayır

Ali təhsil müəssisələrinə qeydiyyat başlayır
14 Avq 2019 14:15



Tələbə adı qazanan şəxslər avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Xatırladaq ki, ali təhsil müəssisələrinin müsabiqəsində 58 258 nəfər iştirak edib. Onlardan 42 062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17 820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24 242 (o cümlədən, 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Realpress.az

13 Noy 2019
Cəmiyyət

Deputatdan mühüm təklif - Yeni doğulan uşağa görə 500 manat verilsin

Deputatdan mühüm təklif - Yeni doğulan uşağa görə 500 manat verilsin

13 Noy 2019
Cəmiyyət

Azərbaycan qırıcıları havaya qalxdı

Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimi çərçivəsində Hərbi Hava Qüvvələri (HHQ) qarşıya qoyulan tapşırıqları icra edir.

13 Noy 2019
Cəmiyyət

Vaqif Əsədov xəstəxanaya yerləşdirildi

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov hərbi hospitala yerləşdirilib.