Paşinyan Sarqsyanın sirlərini açır: Azərbaycan üçün ipucları - RƏY

Paşinyan Sarqsyanın sirlərini açır: Azərbaycan üçün ipucları - RƏY
05 Avq 2019 12:12


Nikol Paşinyan Ermənistanda heç bir sirr qoymadı. Serj Sarqsyanın hakimiyyəti dövründə 2016-cı ilin Aprel döyüşləri haqqında danışmırdılar, bu mövzuya qeyri-rəsmi qadağa var idi. N.Paşinyan isə Ermənistanda inqilab yolu ilə hakimiyyətə gələr-gəlməz ordudakı korrupsiyadan danışmağa başladı.

Realpress.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri bunun ardınca parlamentdə Aprel döyüşlərini tədqiq etmək məqsədilə komissiyanın yaradılmasını təklif etdi.

Politoloqun fikrincə, əslində N.Paşinyan bu təklifi ilə aprelin Ermənistan üçün ağır nəticələrinə işarə edirdi:

“Daha sonra Paşinyana yaxın deputatlardan biri Aprel döyüşlərində Ermənistanın itkilərinin 500-ü aşdığını vurğuladı. Halbuki itkilər mövzusu da Ermənistanda tabu idi”.

E.Şahinoğlu xatırladıb ki, N.Paşinyan növbəti sirrin üstünü açıb:

“Sən demə, 2014-cü ildə Ermənistan hakimiyyəti üçün hazırlanan gizli hesabatda ölkədəki dövlət strukturlarının faciəvi durumda olduğu bildirilirdi. Əgər Serj Sarqsyan bu hesabatı gizli saxlayırdısa, Nikol Paşinyan gizliliyə ehtiyac duymadı. Yazdığı statusda məsələnin üstünü bu şəkildə açıb: “Hesabatı oxuyanda bu nəticəyə gəlirsən ki, Ermənistanda heç bir problemi həll etmək mümkün deyil. Dövlət strukturları iflic vəziyyətdədir və bunda keçmiş hakimiyyət günahkardır. Dövlətimiz uğursuzluğa düçar olub”.

Politoloq vurğulayıb ki, N.Paşinyan durumun ağırlığı haqqında fikirlərini davam etdirərək ölkədə insanların problemlərini həll edəcək strukturların qalmadığını etiraf edib:

“Paşinyanın fikirlərini tamamlayan bir başqa acı etiraf da diqqət çəkir: “Hakimiyyətə gələndə elə bilirdim ki, heç olmasa, işləyə bilən qurumlarımız var. Ancaq işin gedişatında anladım ki, yanılmışam, vəziyyət acınacaqlıdır. Biz dövlət institutlarını sıfırdan yaratmağa başlamalıyıq”.

Bəs Nikol Paşinyan bu hesabatı niyə indi faş edir?

E.Şahinoğlu məsələni belə şərh edib: “Görünür, Nikol Paşinyan keçmiş hakimiyyətin yarıtmaz fəaliyyətindən irəli gələrək vəziyyətin acınacaqlı olduğunu ona görə indi cəmiyyətə anladır ki, vətəndaşlar ondan yaxın zamanda problemlərin həllini gözləməsinlər. Paşinyan onu da izah etməyə çalışır ki, əlindəki resurslar islahatları sürətləndirməyə və müsbət nəticə əldə etməyə imkan vermir”.

O qeyd edib ki, N.Paşinyanın bu etirafları Azərbaycan üçün müəyyən ipucları verir.

“Ermənistanın dövlət strukturlarının acınacaqlı durumuna baxmayaraq, ermənilərin öz düşüncələrində yeganə uğurları Azərbaycan torpaqlarını işğal altında saxlamalarıdır. Ancaq bu da onlara baha başa gəlir: işğal həm böyük maliyyə, həm də insan itkisi tələb edir. Elə Paşinyanın dili ilə desək, Ermənistan dövlətinin uğursuzluğa düçar olmasının başlıca səbəbi işğalla əlaqəlidir. İndi bunu Paşinyana daha geniş şəkildə anlatmaq lazımdır: bu izahın siyasi, iqtisadi və hərbi yolları var”.


26 Apr 2024
Siyasət

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində iştirak edib.

26 Apr 2024
Siyasət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

26 Apr 2024
Siyasət

Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”

“Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir”.

26 Apr 2024
Siyasət

Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”

“Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq”.