İcbari tibbi sığorta ilə bağlı qanuna dəyişiklik edilə bilər

İcbari tibbi sığorta ilə bağlı qanuna dəyişiklik edilə bilər
11 İyul 2019 12:05


İcbari tibbi sığorta tətbiq edildikdən sonra bununla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yarana bilər.

Realpress.az xəbər verir ki, bu sözləri Milli Məclisinin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə İcbari Tibbi Sığorta fəaliyyətə başladıqdan sonra qanunvericiliklə müvafiq dəyişikliklərə ehtiyac yarana bilər:

“Gələcəkdə tibbi sığorta haqqında qanunda əlavə dəyişikliklərin edilməsi istisna deyil. Çünkü icbari tibbi sığorta tətbiq edildikdən sonra bununla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yarana bilər.

İcbari Tibbi Sığorta tətbiq edildikdə bir sıra çatışmazlıqlar meydana çıxa bilər. Bu, normal bir haldır. 2020-ci ildə ölkə üzrə Tibbi Sığortanın tətbiqinə başlanıldıqdan sonra əlavə ehtiyaclar yarana bilər. Bu səbəbdən də 1999-cu ildə qəbul edilən Tibbi Sığorta haqqında qanuna 2018-ci ilin dekabr ayında müəyyən dəyişikliklər edilsə də, gələcəkdə bu qanunda bir sıra məqamlara yenidən dəyişiklik etmək zərurəti yarana bilər”.


16 Okt 2019
İqtisadiyyat

Manatın bu günə məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 16 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

15 Okt 2019
İqtisadiyyat

Azərbaycanda pensiya yaşı belə hesablanacaq – Yenilik

Azərbaycanda gələn il üçün kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq.

14 Okt 2019
İqtisadiyyat

2000-dək şəxsə ünvanlı sosial yardımın ödənilməsi dayandırılıb

Artıq 2000-dək şəxsə ünvanlı sosial yardımın ödənilməsi dayandırılıb.