Güclü şimal küləyi, leysan, dolu - İstirahət günlərinin havası

Güclü şimal küləyi, leysan, dolu - İstirahət günlərinin havası
10 İyul 2019 16:20


İstirahət günlərinə olan hava proqnozu açıqlanıb.

Realpress.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyevanın məlumatına görə, yaxın istirahət günlərində hava şəraiti bu ay üçün nisbətən sərin keçəcək:

“Belə ki, havanın orta temperaturu bu ayın normasını cəmi 0,7 dərəcə üstələyir.

İyulun 12-də axşama doğru şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir. Hava iyulun 13-14-də güclü küləkli olacaq, küləyin maksimal sürətinin saniyədə 23-28 metrə çatacağı proqnozlaşdırılır.

Havanın temperaturu isə bu günlə müqayisədə 5-8 dərəcə aşağı enərək 28-32 dərəcədən yüksək olmayacaq. Bu da bizim regionda ilin bu fəsli üçün nisbətən komfort temperatur göstəriciləri sayıla bilər.

Respublikanın rayonlarında, xüsusən, dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan xarakterli yağış, dolu ehtimalı var. Dağ çaylarında sululuğun artacağı gözlənilir”.

16 Okt 2019
Cəmiyyət

Bundan sonra avtobuslarda wi-fi, su, çay, qəhvə servisi də olacaq

18 oktyabr tarixindən etibarən Şəki və Mingəçevir istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq.

16 Okt 2019
Cəmiyyət

“Buta Airways” Bəhreynə birbaşa reys açır

28 mart 2020-ci ilin qış cədvəli çərçivəsində aviaşirkət həftədə iki dəfə - çərşənbə və şənbə günləri olmaqla Bəhreynə birbaşa uçuşlar həyata keçirəcək.

16 Okt 2019
Cəmiyyət

Rafael Cəbrayılov villasını satışa çıxardı - Borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur

Rafael Cəbrayılov villasını satışa çıxardı - Borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur

16 Okt 2019
Cəmiyyət

Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı

Azərbaycan Respublikası sosial, hüquqi, iqtisadi, tibbi və digər vasitələrlə uşaqları istismarın bütün növlərindən və təsirlərdən, o cümlədən fiziki və psixi zorakılıqdan mühafizə edir, məişət zorakılığının, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrinin qarşısının alınması, zərər çəkmiş şəxslərin müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir.

16 Okt 2019
Cəmiyyət

"Qarabağ Azərbaycandır!" fləşmobu hazırlandı - VİDEO

Gəncə şəhərində "Qarabağ Azərbaycandır!" fləşmobu baş tutub.