Cəbhədə silah səsləri susmadı

Cəbhədə silah səsləri susmadı
22 İyun 2019 10:29

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Realpress.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


19 Sent 2019
Hərbi

Zakir Həsənov təlimləri izlədi - VİDEO

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq, ərazinin kəşfi mərhələsindən sonra təlim iştirakçıları qoşunların qarşılıqlı fəaliyyətinin təşkilini maket üzərində həyata keçiriblər.

17 Sent 2019
Hərbi

Azərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblar

AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin güc strukturları üçün icra etdiyi layihə çərçivəsində birinci mərhələ həyata keçirilib.

16 Sent 2019
Hərbi

Düşmən atəşkəsi yenə pozdu — Cəbhədə gərginlik

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.