Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" bu gündən yeni mövsümün hazırlığına start verəcək.
Realpress.az xəbər verir ki, Ağdam təmsilçisi toplanışın ilk mərhələsini Bakıda keçirəcək. Paytaxt hazırlığından sonra komanda iyunun 18-də Avstriyaya yola düşəcək.
"Qarabağ" Avstriyada 4 yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun çalışdırdığı kollektiv burada Bolqarıstanın "Ludoqorets" (22 iyun), Rumıniyanın "Krayova" (25 iyun), Rusiyanın "Ufa" (28 iyun), Çexiyanın "Viktoriya" (2 iyul) klubları ilə qarşılaşacaq.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.
Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.