Dollar kreditlərinə görə verilən kompensasiya ilə bağlı YENİ XƏBƏR

Dollar kreditlərinə görə verilən kompensasiya ilə bağlı YENİ XƏBƏR
31 May 2019 12:49

Azərbaycanda dollar kreditləri ilə bağlı kompensasiyalarını hər hansı səbəbdən almamış vətəndaşların mayın 31-dən sonra da vaxtı var. 

Realpress.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev bildirib. 

“Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası bu gün başa çatır. Amma hələ də ona düşən kompensasiyanı gəlib almayan vətəndaşlar var. Həmin vətəndaşlar kompensasiyalarını ilin sonuna qədər götürə bilərlər”, - deyə o, qeyd edib. 

Palata rəsmisi fərmanın icrası ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının fəaliyyəti barədə də məlumat verib: “İndiyə qədər komissiyaya 25 min nəfərə yaxın vətəndaş müraciət edib. Onlardan 12 mininin müraciətinə baxılıb və şəxsi kabinetlərinə cavablar göndərilib. Müraciətlər xüsusi araşdırma tələb etdiyi üçün müəyyən qədər vaxt alır. Baxılmamış müraciət qalmayacaq, bütün müraciətlər növbəlilik prinsipi ilə cavablandırılacaq. Vətəndaşlara vaxtaşırı şəxsi kabinetlərini yoxlamaları tövsiyə olunur”. 

19 Sent 2019
İqtisadiyyat

Azərbaycanda ilk dəfə toxum sərgi-satış yarmarkaları keçiriləcək

Bu il ölkədə 100 min ton sertifikatlı toxum istehsalı gözlənilir. Hər bir regionun torpaq-iqlim şəraitinə uyğun olaraq sortun düzgün seçilməsi vacib şərtdir.

17 Sent 2019
İqtisadiyyat

Azərbaycanda 1496 ədəd yeni minik avtomobili istehsal olunub

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 milyon manatlıq məhsul istehsal edilib.

17 Sent 2019
İqtisadiyyat

Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı: "Çörək pulu" adı ilə bu variantlara əl atırlar"

"Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metrostansiyalarına hər sərnişinə görə bir manat müqabilində (toplam dörd sərnişin) qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artmaqdadır".

17 Sent 2019
İqtisadiyyat

Bu günə olan VALYUTA MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankı 17 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.