Bakıda UEFA Avropa Liqasının qalibi olan “Çelsi”nin mükafatlandırma mərasimindən sonra paltardəyişmə otağında sevincli anlarını əks etdirən görüntülər yayılıb.
Realpress.az xəbər verir ki, “Çelsi”nin rəsmi TV kanalında yayımlanan görüntülərdə “zadəganlar”ın qələbəni pivə içərək qeyd etdiyi görünür.
Bunların içərisində ən fəalı isə “Arsenal”ın sabiq futbolçusu Olivye Jirudur. 49-cu dəqiqədə hesabı açmış və bununla da cari mövsüm Avropa Liqasının 11 qolla bombardiri olmuş fransalı forvard pivəni kuboka tökdürərək onu içir.
Qeyd edək ki, dünən “Çelsi” “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək bu kuboku ikinci dəfə başı üzərinə qaldırıb.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.
Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.