Tacikistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunlarına dair iqlim gündəliyi üzrə effektiv nəticələr əldə ediləcəyinə əmindir.
“Report” Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Emoməli Rəhmon bu gün "Davamlı İnkişaf üçün Su, 2018-2028" Beynəlxalq Fəaliyyət Onilliyi üzrə III Beynəlxalq konfransın açılışında deyib.
“Tacikistan 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilən COP26, daha sonra isə Şarm Əl-Şeyx və Dubayda keçirilən növbəti sessiyalardan başlayaraq tərəfdaş ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək iqlim gündəliyində su mövzusunu gücləndirmək üçün fəal işləyir. Əminik ki, bu il Bakıda keçiriləcək növbəti iqlim sessiyası çərçivəsində bu istiqamətdə səmərəli nəticələr əldə ediləcək”, - o bildirib.
Prezident əlavə edib ki, Tacikistan “yaşıl iqtisadiyyat”a keçid üçün səylərini ikiqat artırır və 2032-ci ilə qədər ölkənin elektrik enerjisi istehsalını indiki 98%-dən 100%-ə çatdırmağı planlaşdırır.
O əlavə edib ki, Tacikistan 2037-ci ilə qədər "yaşıl ölkəyə" çevrilmək niyyətindədir: “Bu kontekstdə bərpa olunan enerji mənbələrindən tam istifadə etməklə yanaşı, biz “2040-cı ilə qədər ölkənin təbii yaşıllaşdırılması proqramı”nı qəbul etmişik, buna görə də bu müddət ərzində iki milyarddan çox ting əkmək lazımdır”.
Sudanda vəba epidemiyasından ölənlərin sayı 852-yə yüksəlib.
Türkiyə Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş vermiş faciə ilə bağlı Serbiyaya başsağlığı verib.
Astronomlar kainatda indiyə qədər müşahidə edilən ən sürətli fırlanan obyektlərdən birini tapıblar. Bu obyekt neytron ulduzudur.
Livan ərazisindən İsrailin Şaron bölgəsindəki yaşayış məntəqələrinə 3 raketin atılması nəticəsində 19 nəfər yaralanıb.
70 milyondan çox ABŞ vətəndaşı artıq öz seçki hüququndan istifadə edib və 5 noyabrda keçiriləcək ümumi seçkidə erkən səs verib. Bu, ölkədə qeydiyyatda olan təxminən 168 milyon seçicinin ümumi sayının təxminən 42%-ni təşkil edir.