İranda seçkiqabağı kampaniya başlayıb

İranda seçkiqabağı kampaniya başlayıb
11 İyun 2024 14:09

Bu gündən İranda prezidentliyə namizədlərin televiziya vasitəsi ilə seçkiqabağı təbliğat kampaniyası başlayıb.

Məlumata görə, namizədlər arasında bununla bağlı püşkatma keçirilib.

Bu gün ilk olaraq təbliğata üç namizəd - Səid Cəlili, Əmirhüseyn Qazizadə və Məhəmməd Baqer Qalibaf başlayacaq.

Seçkiqabağı təbliğat kampaniyası iyunun 27-dək davam edəcək.

Xatırladaq ki, İranda prezidentliyə altı namizəd var - parlamentin sədri Məhəmməd Baqir Qalibaf, Tehran meri Əlirza Zəkani, İranın Təhlükəsizlik Şurasındakı ali rəhbər ayətullah Əli Xameneinin nümayəndəsi Səid Cəlili, prokuror və keçmiş ədliyyə naziri Mustafa Purməhammadi, Məclis sədrinin keçmiş müavini Əmir Hüseyn Qazizadə Haşimi və parlament üzvü Məsud Pezeşkian.

İyunun 28-də İranda prezident seçkisi günüdür.


12 İyul 2024
Dünya

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğlərdə yardım göstərəcək

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğdə yardım göstərəcək.

12 İyul 2024
Dünya

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

12 İyul 2024
Dünya

Nepalda 2 avtobus çaya aşdı - 66 nəfər itkin düşdü

Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 66 nəfər itkin düşüb.

12 İyul 2024
Dünya

Ərdoğan Vaşinqtonda Makronla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında görüş baş tutub.

12 İyul 2024
Dünya

Kanada sahillərində güclü zəlzələ baş verib

Kanadanın Britaniya Kolumbiyası əyalətinin sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.