Kamaləddin Qafarov: “Türk Dünyası daim Azərbaycanın yanındadır”

Kamaləddin Qafarov: “Türk Dünyası daim Azərbaycanın yanındadır”
09 İyun 2024 20:30

“Ölkə Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı etdiyi çıxışında bir daha Türk dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini önə çəkdi. Bu gün bütün dünyada güc amilinin getdikcə daha çox həlledici faktor kimi çıxış etməsi dövlət başçımızın səsləndirdiyi fikirlərin həyati əhəmiyyətini bir daha təsdiq edir. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışında cənab Prezident bildirmişdi ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Bu fikir birmənalı olaraq ölkəmizin xarici siyasətində əsas prioritet istiqamətin hansı olduğunu açıq şəkildə büruzə verir”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat vurğulayıb ki, TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin daha bir vacib təzahürüdür. “Türk dünyasının birləşməsi bütün türkdilli xalqların gələcəyi üçün son dərəcə önəmlidir. Buna görə də Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr bu istiqamətdə böyük səylər göstərirlər. Azərbaycan da üzv olduğu bütün digər beynəlxalq təşkilatlardakı kimi, Türk Dövlətləri Təşkilatında mühüm təşəbbüslərlə çıxış edir. Öz çıxışında cənab Prezident İlham Əliyev Təşkilatın ildə bir dəfə Zirvə görüşünün keçirilməsini qənaətbəxş hesab etmədiyini bildirdi. Buna görə də Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Bu ali toplantının əsas mövzuları isə nəqliyyat və iqlimlə bağlı olacaq. Nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir.”

K.Qafarov qeyd edib ki, Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna kəsb edəcək: “Öz çıxışında dövlət başçımızın dediyi kimi, Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Ötən dövr ərzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdamda və Füzulidə olmuşlar. Azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir İncəsənət Mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Daha bir məktəbin təməli isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Bütün bunlar, azad edilmiş torpaqlarda Türk dünyasının birliyinin əyani təzahürləridir” .


16 May 2025
Siyasət

Azərbaycan və Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlıq müzakirə edilib

Azərbaycanın Baş naziri Əli Əsədov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.

16 May 2025
Siyasət

Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gedib.

15 May 2025
Siyasət

Mikayıl Cabbarov AYİB-in sessiyasından paylaşım etdi

"Avropa Yenidənqurma və İnkişaf Bankının illik toplantısı çərçivəsində AYİB-in Müdirlər Şurasının plenar sessiyasında çıxış etməkdən məmnun olduq".

15 May 2025
Siyasət

DGK sədri Yardımlıda vətəndaşları qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Yardımlı rayon Heydər Əliyev Mərkəzində Yardımlı, Masallı, Cəlilabad, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edib.

15 May 2025
Siyasət

Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqlinin həcmi 2,2% azalıb

Bu ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 7,324 milyard kubmetr qaz ötürülüb.