Bu gün Xocalıda Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə həsr olunmuş təntənəli tədbir keçiriləcək.
Tədbirdə hər iki tərəfdən yüksəkrütbəli hərbi rəsmilərin iştirakı gözlənilir.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi.
Azərbaycan Karate Federasiyasının (AKF) təşkilatçılığı ilə şəhid Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirilib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda 2024-cü ilin elan olunduğu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində FHN-in Şimal və Gəncə Regional mərkəzləri tərəfindən ağacəkmə aksiyası keçirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə Ağstafada mülki müdafiə təlimi keçirilib.
Azad olunan ərazilərdə oktyabrın 28-dən noyabrın 3-nə qədər 73 tank əleyhinə mina, 164 piyada əleyhinə mina, 7421 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Noyabrın 16-da Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Asiya İnkişaf Bankı (AİB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutunun (CAREC Institute) birgə təşkilatçılığı ilə Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək.