Azərbaycan idmançıları Rusiyada üzgüçülük üzrə turnirdə doqquz medal qazanıblar

Azərbaycan idmançıları Rusiyada üzgüçülük üzrə turnirdə doqquz medal qazanıblar
06 May 2024 15:43

Azərbaycan üzgüçüləri Rusiyada Universitetlər arasında keçirilən “Rektor Kuboku” yarışlarında yüksək nəticələr göstəriblər.

Oxu.Az Azərbaycan Üzgüçülük Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Rusiyanın Kazan şəhərində 4-5 may tarixlərində keçirilən turnirdə üzgüçülərimiz ümumilikdə iki qızıl, dörd gümüş, üç bürünc medal qazanıblar.

Həftəsonu 50 metrlik “Burevestnik” üzgüçülük hovuzunda Rusiyanın 32 regionundan 1 084 idmançı və Azərbaycandan olan komanda, o cümlədən 15 universitet komandası yarış mükafatları uğrunda yarışıblar. İlk gündə idmançılar beş yaş qrupu üzrə 75 mükafat dəsti uğrunda mübarizə aparıblar. Azərbaycan üzgüçüsü Əbdürrəhman Rüstəmov 200 m və 50 m batterflyay üsulunda qızıl medal, Fatimə Alkərəmova isə 100 m sərbəst üsulda bürünc medala sahib olublar.

Yarışların ikinci günündə də idmançılarımız yüksək nəticələr göstəriblər. Belə ki, Əbdürrəhman Rüstəmov 100 m batterflyay üsulunda 2-ci yer, 200 m qarışıq üsulda 2-ci yer, 200 m sərbəst üsulda 2-ci yeri qazanıb. Digər idmançımız Rəşad Alquliyev 200 m qarışıq üsulda bürünc medalla kifayətlənib.

Qeyd edək ki, xanım üzgüçümüz Fatimə Alkərəmova 200 m sərbəst üsulda 2-ci, 200 m qarışıq üsulda isə 3-cü yerə sahib olub.


17 May 2024
İdman

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək.

17 May 2024
İdman

İki boksçumuz beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Macarıstanın Eqer şəhərində gənc boksçular arasında beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub. Finala gedən yolda Azərbaycan millisinin iki idmançısı da mübarizə aparıb.

17 May 2024
İdman

“Yeni dalğa 2024”ün finalına seçilən Azərbaycan təmsilçisi Vətənə qayıdıb - FOTO

Moskvada keçirilən gənc populyar musiqi ifaçılarının beynəlxalq “Yeni dalğa 2024” müsabiqəsinin yarımfinalında uğurla çıxış edən azərbaycanlı müğənni Anar Ağayev Vətənə qayıdıb.

16 May 2024
İdman

Avropa Çempionatında iştirak edəcək millimizin heyəti bəlli oldu

Budapeştdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.