Ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında itkin düşənlərin yeni sayı açıqlanıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda Qəzza hökumətinin Media Ofisi məlumat yayıb.
Bildirilib ki, Qəzza zolağına hücumlar nəticəsində 10 min insan itkin düşüb və ya dağıntılar altında qalıb.
Açıqlamada həmçinin ölənlərin sayının 34 622, yaralıların sayının isə 77 867 olduğu qeyd olunub.
Slovakiyanın Baş naziri Robert Fitso mayın 17-də əməliyyat olunub, lakin onun vəziyyəti ağır olaraq qalır.
Nikaraquanın paytaxtı Manaquanın cənub-şərqindəki Ometepe adasında yerləşən Konsepsyon vulkanı püskürüb və təxminən 2 km hündürlüyündə kül sütunu havaya qalxıb.
Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.