Dünya bazarında neft qiymətləri dəyişib.
Belə ki, “Brent” markalı neftin iyul füçersləri 0,71 dollar və ya 0,85% azalaraq bir barelinin qiyməti 82,96 ABŞ dolları olub.
WTI markalı neftin iyun füçersləri isə 0,84 dollar və ya 1,06% azalaraq bir barelinin qiyməti 78,11 ABŞ dolları təşkil edib.
Slovakiyanın Baş naziri Robert Fitso mayın 17-də əməliyyat olunub, lakin onun vəziyyəti ağır olaraq qalır.
Nikaraquanın paytaxtı Manaquanın cənub-şərqindəki Ometepe adasında yerləşən Konsepsyon vulkanı püskürüb və təxminən 2 km hündürlüyündə kül sütunu havaya qalxıb.
Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.