Qarabağ atları və ecazkar milli musiqimiz Böyük Britaniyadakı şouda - FOTO

Qarabağ atları və ecazkar milli musiqimiz Böyük Britaniyadakı şouda - FOTO
02 May 2024 14:42

May ayının 1-də ənənəvi olaraq hər il Böyük Britaniyada təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” start götürüb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, əzəmətli Vindzor qəsrinin ərazisində keçirilən tədbirdə “Heydər Əliyev fondu”nun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Azərbaycandan Böyük Britaniyaya böyük yol qət etmiş 100 nəfərdən çox nümayəndə heyətimiz iştirak edir.

Nümayəndə heyətimizin tərkibinə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, sü­va­rilər dəstəsi, “Land of Fire” polo komandası daxildir.

Təmsilçilərimizin təqdim edəcəyi “Koroğlu” adlı şou-kompozi­siyanın əsasını ta­ma­şaçılara yaxşı tanış olan, burada özünə heyranlar ordusu toplamış, çılğınlığı və gö­zəl­liyi ilə xüsusi seçilən Qarabağ atları, eləcə də ecazkar milli musiqimiz və zərif Azərbaycan rəqsləri təşkil edir.

Şou-kompozisiyada Koroğlu rolunda Azərbaycan Respublikasının xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov və Azərbaycan Respublikasının əməkdar artisti Tural Ağasiyev, Nigar rolunda Azərbaycan Respublikasının əməkdar artisti Afaq Abba­sova və Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin solisti Fatimə Cəfərzadə çıxış edəcəklər.

Milli musiqimizin sədaları altında “Sərhədçi” rəqs ansamblının hərarətli rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən, qeyri-adi perfomanslarından ibarət şou-kompozisiyanın kul­minasiya nöqtəsini süvarilərimizin Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması təşkil edir.

Tədbir çərçivəsində təşkil ediləcək Azərbaycan günündə “Heydər Əliyev fondu”nun dəstəyi ilə tariximiz, mədəniyyətimiz və xalçaçılıq sənətini özündə tərənnüm edən “Azerbaijan Cultural” tenti qurularaq, Azərbaycan naharı təşkil ediləcək və 100-dən çox qonağa milli mətbəximizin nümunələri sərgilənərək, ləziz təamlarımız təqdim olunacaqdır.

Hər gün Kral ailə üzvləri tərəfindən izləniləcək “Vindzor Kral Atçılıq Şousu”nda, nümayəndə heyətimizin çıxışları may ayının 5-dək davam edəcək və arenada tədbiri ümumilikdə 30.000-dən çox tamaşaçının qatılacağı gözlənilir.

“Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycan heyətinin kral ailəsinin üzvləri ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, may ayının 4-də saat 19:15-də Azərbaycanın “Land of Fire” komandası ilə Böyük Britanyanın “Guards Polo Club” komandası arasında yoldaşlıq görüşü keçiriləcəkdir.

 


17 May 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 84 dolları ötüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

17 May 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

17 May 2024
Cəmiyyət

Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO

İşğaldan azad olunan Kəlbəcər rayonundan yeni görüntülər yayılıb.

16 May 2024
Cəmiyyət

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - EKSKLÜZİV

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə Texnologiyaları və İnnovasiya Departamenti yaradılıb.

16 May 2024
Cəmiyyət

II və III qruplar üzrə qəbul imtahanları bu tarixdə keçiriləcək

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 26-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.