Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ: Nəticələr elan edildi

Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ: Nəticələr elan edildi
01 May 2024 09:35

Ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələr elan edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

İmtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra - altı həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal beş bal toplaya bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 19 716 bakalavrdan 405 nəfəri imtahana gəlməyib.

İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.

Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və sairə) baxılmayacaq.


21 May 2024
Cəmiyyət

Azərbaycan Çinə fındıq ixrac etməyə hazırlaşır

Azərbaycandan Çinə fındıq ixracı məqsədilə qarşılıqlı protokolların imzalanması üçün danışıqlar davam etdirilir.

21 May 2024
Cəmiyyət

İmtahan nəticələri açıqlandı - bir nəfər yüksək nəticə göstərib

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

21 May 2024
Cəmiyyət

Ceyhun Bayramovla Əli Baqiri Kani arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani arasında telefon danışığı olub.

21 May 2024
Cəmiyyət

Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib

Azərbaycanda ilk dəfə təşkil olunacaq Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib.