İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.
Bu barədə “Report”a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib ki, azad olunan ərazilərdə 15-21 aprel 2024-cü il tarixi ərzində 39 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 452 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin, 1429.1 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.
Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək.
Bakıda, metronun “Koroğlu” stansiyasının cənub çıxışında nəqliyyat mübadilə məntəqəsinin yaradılır.
Tərtər rayonu ərazisində yerləşən Suqovuşan su anbarına növbəti dəfə balıq körpələri buraxılıb.