Əsgəran avtomobil yolunun inşasına start verildi - FOTO

Əsgəran avtomobil yolunun inşasına start verildi - FOTO
17 Apr 2024 10:18

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Əsgəran avtomobil yolunun inşasına başlayıb.

Bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, Bərdə-Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən (Ağdam şəhərinin dairəvi yolu) və uzunluğu 18 km olan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla II texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası da aparılır.

Avtomobil yolunun tikintisinin başa çatdırılması imkan verəcək ki, Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlər, Ağdam şəhərinə daxil olmadan bu dairəvi yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam edələr.

Əsgəran avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

 


30 Apr 2024
Cəmiyyət

Sumqayıtda sursat aşkar edildi - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

30 Apr 2024
Cəmiyyət

Muxtar Babayev İƏİT nümayəndə heyəti ilə iqlim maliyyəsini müzakirə edib - FOTO

Ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi komanda heyəti ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) nümayəndə heyəti arasında görüş keçirilib.

30 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

30 Apr 2024
Cəmiyyət

Hazırda paytaxtda sıxlıq olan yolların SİYAHISI - FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.