Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək

Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
17 Apr 2024 08:54

Nazirlər Kabineti Biləsuvar və Neftçala rayonlarının inzibati ərazilərində dövlət mülkiyyətinə aid torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin əraziləri kimi müəyyən edilməsi haqqında qərar qəbul edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1 454 hektar torpaq sahəsi qoyuluş gücü 445 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Həmçinin Neftçala rayonunun inzibati ərazisində Müdafiə Nazirliyinin istifadəsində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 523 hektar torpaq sahəsi Energetika Nazirliyinin istifadəsinə verilməklə, Neftçala rayonu Yenikənd Bələdiyyəsinin mülkiyyətində olan 400 hektar və Neftçala Bələdiyyəsinin mülkiyyətində olan 50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə birlikdə, ümumilikdə 973 hektar torpaq sahəsi qoyuluş gücü 315 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Bu Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.


30 Apr 2024
Cəmiyyət

Muxtar Babayev İƏİT nümayəndə heyəti ilə iqlim maliyyəsini müzakirə edib - FOTO

Ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi komanda heyəti ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) nümayəndə heyəti arasında görüş keçirilib.

30 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

30 Apr 2024
Cəmiyyət

Hazırda paytaxtda sıxlıq olan yolların SİYAHISI - FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

30 Apr 2024
Cəmiyyət

Laçın rayonuna növbəti köç karvanı yola salınıb - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

30 Apr 2024
Cəmiyyət

ADNA terrorundan 15 il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) törədilən terror hadisəsindən 15 il ötür.