Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-24-də Türkiyəyə səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, o, həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Qeyd olunub ki, səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 100 illiyi ilə bağlıdır. Almaniya Prezidenti səfər çərçivəsində İstanbulla yanaşı, Qaziantep və Ankarada da olacaq.
Berlin ilə Ankara arasında müxtəlif sahələrdə əlaqələrin müzakirə olunacağı gözlənilir.
Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken arasında görüş baş tutub.
Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Azərbaycana səfər edəcək.
Şotlandiyanın Baş naziri Humza Yousaf istefa verib.