Prezident: “Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq”

Prezident: “Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq”
16 Apr 2024 15:13

“Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaqdır”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib.

“Bu layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk”, - deyən dövlətimizin başçısı gələn il Qarabağ kanalının inşasına başlanılacağını vurğulayıb.

“Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni, burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq”, - deyə Prezident İlham Əliyev qeyd edib.


2 May 2024
Siyasət

VI Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir.

2 May 2024
Siyasət

Azərbaycan-İtaliya ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə olunub - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İtaliya Parlamentinin Deputatlar Palatasının vitse-prezidenti Ciorcio Mule ilə görüşüb.

2 May 2024
Siyasət

Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib - YENİLƏNİB + FOTO

Mayın 1-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənd İnvestisiya Forumu çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

2 May 2024
Siyasət

İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB + VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də BMT Baş katibinin Sülhməramlı Əməliyyatlar Departamentində qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisi Aleksandr Zuyevi qəbul edib.