2024-cü ilin yanvar-mart aylarında ölkədə qızıl istehsalı 427.6 kq təşkil edib. Bununla da ölkədə qızıl istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3.8 % artıb.
Trend-in Dövlət Statistika Komitəsinin cari ilin yanvar-mart ayları üzrə hesabatına istinadən xəbərinə görə, qeyd olunan dövrdə ölkədə 839.8 kq gümüş istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16.8 % artım deməkdir.
Qeyd edək ki, hazırda Azərbaycanın 196,8 kq qızıl, 507.4 kq gümüş ehtiyatı var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib.
Aprelin 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmini qəbul edib.