Ukraynalı zabit: Azərbaycanın göstərdiyi yardım əvəzsizdir

Ukraynalı zabit: Azərbaycanın göstərdiyi yardım əvəzsizdir
03 Apr 2024 15:32

Azərbaycan hökuməti və yerli diaspor müharibə başlayandan bəri Ukraynaya əvəzsiz yardımlar göstərib.

“Report” xəbər verir ki, bunu Ukrayna ordusunun zabiti, azərbaycanlı Murad Nəsirov “Diaspora TV”də jurnalist Həmid Həmidovla söhbətində deyib.

Onun sözlərinə görə, müharibənin əvvəlində diaspor Azərbaycan vətəndaşlarının Ukraynadan çıxarılması üçün ayrıca qatar təşkil edib, ancaq ukraynalılar da bu qatardan istifadə edə bilərdilər: “Bu qatarın vəsaitini tamamilə Azərbaycan diasporu ödəyib və özünü ən yaxşı tərəfdən göstərdi”.

Ukraynalı zabit Azərbaycanın mütəmadi olaraq Ukraynaya humanitar yardım göndərdiyini də xatırladıb: “2022-ci ilin mart ayında biz SOCAR yanacaqdoldurma məntəqəsinə getdik. Mənim maşınımda həmişə Azərbaycan və Ukrayna bayraqları olub. Bizə dedilər ki, yanacaq doldurulma pulsuzdur. Yəni müharibə başlayanda SOCAR kömək edib, indi də edir. Təcili yardım maşınları, hərbçilər və könüllülər pulsuz yanacaq doldururlar”.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.