2024-cü il 2 aprel tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir.
Bildirilib ki, 1969-cu il təvəllüdlü Polad Alış oğlu İsmayılov, 1992-ci il təvəllüdlü Arzuman Əhliman oğlu Tağızadə və 2006-cı il təvəllüdlü Elmir Elnur oğlu Bağırov keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycan Respublikası DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi son dörd ildə həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 632 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olub.
Yaxın zamanda Laçın şəhərində elektrik tramvay xəttinin çəkilməsi planlaşdırılır.
Ağdərə şəhərində 190 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur.