Misir Prezidenti Əbdülfəttah əs-Sisinin parlament üzvləri qarşısında andiçmə mərasimi keçirilib.
Andiçmə mərasimi Misirin yeni inzibati paytaxtı olan Yeni Qahirədə baş tutub.
Bununla da Əbdülfəttah əs-Sisi üçüncü dəfə rəsmi olaraq dövlət başçısı vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, Misirdə prezident seçkisi 2023-cü il dekabrın 10-12-də keçirilib. Misir Mərkəzi Seçki Komissiyası əs-Sisinin prezident seçkisində təxminən 90 faiz səslə qalib gəldiyini açıqlamışdı.
Qeyd edək ki, Misir prezidentinin səlahiyyət müddəti altı ildir.
Berlində ibtidai məktəbdə naməlum şəxs gözyaşardıcı qaz tətbiq edib, nəticədə 44 uşaq zərər çəkib.
Hindistanın Tamil Nadu ştatında baş verən güclü fırtına nəticəsində 3 nəfər həlak olub, onlarla insan yaralanıb.
Bernar Kventin Belçikanın yeni xarici işlər, Avropa məsələləri və xarici ticarət naziri təyin edilib.