Aprel döyüşlərində əldə edilən hərbi uğur xalqımızı Böyük Zəfərə apardı - Kamran Əliyev

Aprel döyüşlərində əldə edilən hərbi uğur xalqımızı Böyük Zəfərə apardı - Kamran Əliyev
02 Apr 2024 11:33

Aprel döyüşlərində əldə edilən hərbi uğur xalqımızı Böyük Zəfərə apardı.

Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən "Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər" mövzusunda konfransda deyib.

K.Əliyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən Aprel döyüşlərində bir sıra strateji əhəmiyyətli yüksəkliklər və kəndlər işğaldan azad edildi. 

"Aprel döyüşlərində əldə edilən hərbi uğur xalqımızı Böyük Zəfərə apardı. Bu döyüşlərdəki qələbəmizin davamı olaraq 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən şanlı Vətən müharibəsi xalqımızı əbədi və əzəli torpağımız olan Qarabağa qovuşdurdu. 19 sentyabr 2023-cü il tarixdə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyi bərpa edildi.

Prezident İlham Əliyevin qətiyyətli siyası iradəsi, apardığı məqsədyönlü siyasət və Şanlı Azərbaycan Ordusunun misilsiz şücaəti nəticəsində Qarabağın düşmən işğalından azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün bərpası Azərbaycan xalqının və dövlətinin həyatında yeni bir tarixi mərhələnin başlanmasını şərtləndirib".

Onun sözlərinə görə, 07 fevral 2024-cü il tarixdə keçirilmiş növbədən kənar Prezident seçkiləri Yeni tarixi mərhələnin simvolik başlanğıcı hesab edilə bilər.


15 Okt 2024
Cəmiyyət

Son dörd ildə 632 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi son dörd ildə həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 632 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olub.

15 Okt 2024
Cəmiyyət

Laçında tramvay xətti çəkiləcək

Yaxın zamanda Laçın şəhərində elektrik tramvay xəttinin çəkilməsi planlaşdırılır.

15 Okt 2024
Cəmiyyət

Ağdərə şəhərində 190 fərdi yaşayış evi tikiləcək

Ağdərə şəhərində 190 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur.

15 Okt 2024
Cəmiyyət

Bakıda hərbi sursatlar aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin, Nəsimi rayonunda hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

15 Okt 2024
Cəmiyyət

Ələt–Astara–İran magistral avtomobil yolunun 26 km-lik hissəsi yenidən qurulub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ələt–Astara–İranla dövlət sərhədi avtomobil yolunun 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsi üzrə əsaslı təmir işlərini yekunlaşdırılıb.