Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva adından iftar verilib - FOTO

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva adından iftar verilib - FOTO
02 Apr 2024 10:40

Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar verilib.

Məlumata görə, 1500 nəfərdən çox insanın iştirak etdiyi iftar süfrəsi Moskva müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı və Rusiya müsəlmanları Ruhani İdarəsi və Moskva hökumətinin dəstəyi ilə “Poklannaya qora”da qurulan Ramazan çadırında keçirilən “Azərbaycan axşamı” çərçivəsində baş tutub.

Bu il gecə “Ailə ili”nə həsr olunub.

Moskvada müsəlman dini məktəbinin direktoru Ənəs Həzrət Məmmədov tədbirə ev sahibliyi etdiyi üçün Heydər Əliyev Fonduna təşəkkür edib. O bildirib ki, Rusiyanın mərkəzində, Moskva şəhərində bu qədər insanları bir araya toplamaq, bu qədər insanlara bizim ölkəmizin, millətimizin gözəl mətbəxini, adət-ənənələrini göstərmək asan bir şey deyil: “Bu böyük bir tədbirdir. Bizim üçün böyük fəxrdir ki, Heydər Əliyev Fondu Moskvada bu işi neçə illərdir ki, görür”.

Tədbir çərçivəsində dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə, layihəyə təşkilati, yaradıcı və mənəvi dəstək verdiyinə görə Moskva şəhərinin müftisi, Moskva cümə məscidinin baş imamı İldar Alyautdinovun adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür məktubu təqdim olunub.

Daha sonra din xadimi tərəfindən azan oxunub, Moskva müsəlmanları iftar açıblar. Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub. Gecədə “Buta” triosunun ifasında Azərbaycan muğamı və musiqisindən parçalar səslənib, müsəlman məktəbinin şagirdləri Məhəmməd peyğəmbərin həyatından bəhs edən teatrlaşdırılmış səhnəciklər təqdim ediblər.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 18 ildir ki, Moskvada təşkil olunan “Ramazan çadırı” layihəsində iştirak edir. “Ramazan çadırı” Rusiya Müftiləri Şurasının Moskvada yaşayan və İslam dininə ibadət edən çoxsaylı xalqların nümayəndələrini birləşdirən və onlar arasındakı əlaqələri möhkəmləndirmək məqsədi ilə həyata keçirilən vacib layihədir.

 


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.