“İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində, keçmiş xalça fabrikinin yaxınlığında bu ilin fevral ayında həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı aşkar olunmuş kütləvi insan qalıqları erməni vəhşiliklərinin sübutu kimi dünyaya təqdim olundu. Bu, Azərbaycan ərazilərini 30 ilə yaxın müddət ərzində işğal altında saxlayan erməni təcavüzkar rejiminin həmin dövrdə xalqımıza qarşı törətdiyi qanlı cinayətlərin yalnız bir epizodunun təsdiqidir. Lakin bu vəhşiliklərin, azərbaycan xalqına qarşı ermənilərin həyata keçirdikləri kütləvi qırğınların tarixi heç də yalnız işğal dövrü ilə məhdudlaşmır”.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat xatırladıb ki, təxminən iki yüz il bundan əvvəl Rusiya imperiyasının maraqlarına uyğun olaraq Cənubi Qafqazda, tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər ötən iki əsr ərzində bütün yerli sakinlərə və ilk növbədə azərbaycanlılara qarşı olmazın cinayətlər törətmiş, kütləvi deportasiyalar, qətliamlar həyata keçirmişlər. “ 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş amansız soyqırımı hadisələri də Azərbaycan tarixinin acı həqiqətlərindən biridir. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımına və torpaqlarımızın bir əsrdən artıq davam edən işğalı prosesinə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tariximizə “31 Mart soyqırımı” kimi daxil olmuş bu faciənin araşdırılması və həqiqətlərin dünyaya yayılması işinə başlanılmışdır. 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda xalqımıza qarşı 1918-ci ildə törədilmiş dəhşətli soyqırımı hadisələrinə müvafiq siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan olundu.”
K.Qafarov qeyd edib ki, bu gün artıq bütün dünya ictimaiyyəti erməni millətçilərinin cəfəng “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə tarixin müxtəlif mərhələlərində azərbaycanlılara və Azərbaycan ərazilərində yaşayan digər xalqların nümayəndələrinə qarşı törətdikləri etnik təmizləmə, deportasiya və soyqırımı faktları barədə kifayət qədər məlumatlıdır: “Tarixi dəlil və faktlar inkarolunmaz şəkildə göstərir ki, 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başladılar. 1918-ci ilin mart ayında “Əksinqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanmış Bakı Kommunası daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə başladı. Həmin günlərdə, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. 1918-ci ilin mart-aprel soyqırımları təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda ölkə ərazisində yaşayan digər millət və xalqlara qarşı həyata keçirilməklə, özünün amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biri kimi dəyərləndirilməlidir.”
K.Qafarov Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə bütün Cənubi Qafqaz xalqlarını erməni faşizminin təhdidindən qurtardığını vurğulayaraq deyib:“Azərbaycan xalqı Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr-noyabr ayları ərzində aparılan və cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq, Azərbaycan 30 illik işğala son qoydu. 2023-cü ilin sentyabr ayında keçirilmiş və cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi. Bu tarixi Qələbəsi ilə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz həm də uzun illər boyunca bütün Cənubi Qafqaz xalqlarını təhdid edən erməni faşizminin belini qırdı. Xalqımızın əldə etdiyi bu tarixi Zəfər bütün şəhidlərimizin ruhlarını şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin, erməni işğalının bütün qurbanlarının qisasını düşməndən döyüş meydanında aldıq”.
Respublika Şahmat Mərkəzinə direktor təyin edilib.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Rüfət oğlu Hüseynzadə bu gün rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş vermiş faciəvi hadisə nəticəsində 14 nəfərin ölümü ilə əlaqədar Serbiyaya başsağlığı verib.