Bu gün Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzuli rayonunda olublar.
APA xəbər verir ki, səfərin ilk günündə şəhid ailələrinin üzvləri Füzuli rayonu Alxanlı, Merdinli, Qaraxanbəyli kəndlərində olub, övladlarının şəhidlik zirvəsinə ucaldıqları yerləri ziyarət ediblər.
Həmçinin, səfər zamanı onlar Füzulidə aparılan quruculuq işləri ilə də tanış olublar.
Şəhid ailələrinin üzvləri Xocavənd rayonu Qırmızı Bazar qəsəbəsinə də səfər ediblər.
Naxçıvandan yola düşən şəhid ailələri sabah Şuşa şəhərinə və Xocavənd rayonuna da səfər edəcəklər.
Səfər Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən təşkil edilib.
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olunub.
Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.