Azərbaycanın üç boksçusu beynəlxalq turnirə qələbə ilə başladı

Azərbaycanın üç boksçusu beynəlxalq turnirə qələbə ilə başladı
26 Mar 2024 09:59

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri start götürüb.

Oxu.Az-ın məlumatına görə, 11 ölkədən 121 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 3 üzvü qələbə qazanıb.

57 kiloqramda mübarizə aparan Şamil Əsgərov rusiyalı Dmitri Şipovskini 3:2 (28:29, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda Qodir Axtamovla (Özbəkistan) döyüşəcək.

Ruslan Rüstəmov (63,5 kq) da yarışa qələbə ilə başlayıb. O, qazaxıstanlı Serik Temirjanova qalib gəlib - 3:2 (26:29, 28:27, 28:27, 28:27, 26:29). Boksçumuzun 1/4 finalda rəqibi İlya Popov (Rusiya) olacaq.

Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Məhəmməd Abdullayev də mərhələ adlayıb. +92 kq-da mübarizə aparan dünya çempionatının mükafatçısı 1/4 finalda komanda yoldaşı Yohannes Nuriyevə tam üstünlüklə qalib gəlib və ən azı bürünc medalı təmin edib. Abdullayev yarımfinalda özbəkistanlı Cahongir Zokirovla münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışın ikinci gününün döyüşləri saat 14:00-da başlayacaq. Turnirdə final görüşləri isə martın 28-də olacaq.


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.