Xankəndidə silah-sursat tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 12-də Xankəndi şəhəri ərazisində 12 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd müxtəlif markalı tüfəng, 3 tapança, 10 ədəd qumbara, 2 qumbara alışdırıcısı, 59 ədəd patron darağı, 1381 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.
Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.
"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".