Macarıstanın yeni prezidenti vəzifəsini tərk edən Katalin Novakın yerinə mart ayında seçiləcək.

Day.Az-ın məlumatına görə, bu barədə hakim "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyasının parlament fraksiyasının lideri Mate Koçiş bildirib. 

Mate Koçiş deyib ki, əgər o fevralın 11-də parlamentə istefa ərizəsi göndərsə, deputatlar 15 gün ərzində buna baxmalı olacaqlar.

"Onlar fevralın 26-da başlayacaq yaz sessiyasının ilk günündə [istefa ilə bağlı] qərar qəbul edə biləcəklər", - deyə o qeyd edib.