İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB + VİDEO

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB + VİDEO
10 Fev 2024 08:55

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan Prezidenti İlham Əliyevi seçkidə qazandığı qələbə münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Denis Beçiroviç dövlətimizin başçısına göndərdiyi təbrik məktubunda ölkələrimiz arasında münasibətlərin uzun illərdir səmimilik və dostluq xarakteri daşıyan yaxşı əməkdaşlıqla yadda qaldığını vurğulayıb. O, əmin olduğunu qeyd edib ki, qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli münasibətlər bundan sonra da dostluq ruhunda inkişaf edəcək.

Rəyasət Heyətinin üzvü ölkələrimizin və xalqlarımızın rifahı naminə tərəfdaşlığın qorunub saxlanılmasına və genişləndirilməsinə sadiqliyini ifadə edərək Prezident İlham Əliyev ilə yeni görüşləri və əməkdaşlığımızın davamını səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.

***

Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri, əziz qardaşım.

Sizin seçkidəki uğurunuz və Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz Sizə ən xoş arzularımı və ən səmimi təbriklərimi çatdırmaq üçün gözəl fürsətdir. Bu fürsətdən istifadə edərək Sizə Albaniya hökuməti adından və şəxsən öz adımdan aramızdakı yüksək səviyyəli dialoqa və iqtisadiyyatlarımız üçün, xüsusilə enerji və turizm kimi əhəmiyyətli sahələrdə əməkdaşlığa görə minnətdarlığımı bildirirəm.

Qəti şəkildə inanıram ki, Sizin yeni prezidentlik mandatınız dost ölkələrimiz arasındakı münasibətlərə yeni təkan olacaq. Həmçinin Albaniya Respublikasının tezliklə Bakıda səfirliyinin açılması aramızdakı kommunikasiyanın daha da sürətlənməsinə töhfə verəcək.

Bir daha ən xoş arzularımı çatdırıram. Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

23:01

Litva Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevə seçkidə qazandığı qələbə münasibətilə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda dövlətimizin başçısına yeni uğurlar, ölkəmizə davamlı rifah diləyən Prezident Gitanas Nauseda qeyd edib: “Qəti əminəm ki, Sizin prezidentliyinizin yeni dövründə də Litva ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq münasibətləri, uğurlu ikitərəfli və çoxtərəfli tərəfdaşlıq daha da inkişaf etdiriləcək”.

Prezident Gitanas Nauseda ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, xüsusilə iqtisadiyyat, informasiya texnologiyaları və bərpaolunan enerji sahələrində ikitərəfli təmasların inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

Prezident İlham Əliyevi seçkidə qazandığı qələbə münasibətilə bir daha təbrik edən Litva dövlətinin başçısı yeni mandatın regionda dayanıqlı sülhün qurulması üçün möhkəm təməl olduğunu qeyd edib.

20:09

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Seçkidə qələbəniz Azərbaycan xalqı tərəfindən Sizin fədakar əməyinizə və dövlət suverenliyinin möhkəmləndirilməsi, əhalinin rifah halının yüksəldilməsi, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil və açıq xarici siyasətin davam etdirilməsi üzrə Sizin səylərinizə hörmətin və dəstəyin bariz nümunəsi oldu.

Hazırda strateji xarakter daşıyan Qırğızıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına Sizin şəxsi töhfənizi bizim ölkəmizdə yüksək qiymətləndirirlər.

Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın dərinləşməsi üzrə birgə səylərimizi davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirəm.

Sizə möhkəm cansağlığı, qardaş Azərbaycanın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

***

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Prezident seçkisində inamlı qələbəniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan, vətəndaşlarınız və ölkəniz üçün faydalı işlərdə uğurlar arzulamaqdan məmnunluq duyuram.

Azərbaycan xalqının Sizə göstərdiyi etimad əvvəlki dövrdə görülən müsbət və məsuliyyətli işin, ölkənizin tərəqqisinin, sabitliyinin və firavanlığının gələcəkdə də davam etməsi istəyinin təsdiqidir.

Əminəm ki, mandatınız çərçivəsində Bosniya və Herseqovina, Serb Respublikası və Azərbaycan Respublikası arasında mehriban münasibətlər bundan sonra da dostluq şəraitində inkişaf edəcək, əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın qarşılıqlı rifahı naminə daha da yaxşı və səmərəli olacaqdır.

Zati-aliləri, Sizi seçkidə qələbəniz münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

19:39

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident, əziz dostum.

İcazə verin, ölkənizdə keçirilən prezident seçkisində tarixi qələbəniz və aşkar zəfəriniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım. Bu, siyasi, iqtisadi daxil olmaqla Sizin hər bir strategiyanızın doğru olduğunu təsdiq edən parlaq qələbədir. Azərbaycan Respublikasını möhkəm addımlarla sabit və firavan gələcəyə aparmaqda xalqınızın Sizə və Sizin müdrikliyinizə inamı və etimadı vardır.

Cənab Prezident, seçicilərin bu qərarı təkcə Azərbaycan və onun xalqı üçün deyil, habelə bütün regionda və dünyada sülh uçun önəmlidir.

Biz Serb Respublikasında Azərbaycandakı seçki kampaniyasını və seçkinin nəticələrini diqqətlə izlədik və mən birmənalı olaraq dəstəyimi və Sizin qalib gələcəyinizə dair ümidimi açıq şəkildə ifadə etdim.

Zati-aliləri, Azərbaycan Respublikasının möhtərəm Prezidenti, fürsətdən istifadə edərək Sizi növbəti yeddi illik prezidentlik müddətiniz münasibətilə bir daha təbrik edirəm.

Sizə dərin minnətdarlığımı bildirir, cansağlığı, dost Azərbaycan xalqına rifah, firavanlıq və inkişaf arzulayıram”.

19:29

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə və Azərbaycan xalqına sülh, firavanlıq arzulayıram.

Ümidvaram ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətləri bundan sonra da ölkələrimizin əməkdaşlığının inkişafı üçün əsas təşkil edəcək.

Dövlətlərimiz arasında siyasi dialoqun konstruktiv xarakterini vurğulamaq və ölkəmin ikitərəfli münasibətlərin dərinləşməsinə açıq olduğunu təsdiqləmək istərdim. Əminəm ki, biz birgə səylərlə ölkələrimizin vətəndaşlarının mənafeyi naminə iqtisadi-ticari, investisiya, enerji və kənd təsərrüfatı sahələrində Moldova-Azərbaycan əməkdaşlığını daha da intensivləşdirə biləcəyik.

Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar və nailiyyətlər arzulayır, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.