Siyavuş Novruzov: “7-8 uşaqdan sonra qəhrəman ana statusu verilə bilər”

Siyavuş Novruzov: “7-8 uşaqdan sonra qəhrəman ana statusu verilə bilər”
21 Noy 2023 17:24

“Bu gün həm deputatları, həm də cəmiyyəti narahat edən məsələ pensiya yaşıdır. Bir hissə yuxarı qaldırılmasından, bir hissə isə aşağı olmasından şikayətlənir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat misal çəkərək bildirib ki, elm adamları, müəllimlər və s. düşünür ki, insan 65 yaşında daha təcrübəli olur, o yaşda pensiyaya çıxmamalıdır.

“Bir hissə də var ki, özəl sektorda işləyir, yaxud işsizdir və pensiyaya çıxmaq zamanını gözləyir. Neçə faizin pensiya yaşının aşağı və ya yuxarı olmasından şikayətləndiyi statistik olaraq çıxarılsa, yaxşı olar”, - o deyib.

S. Novruzov hesab edir ki, uşaqlar üçün sosial təminatın verilməsi mərhələli şəkildə həyata keçirilsə, daha məqsədəuyğun olar:

“Daha 5 uşaqdan sonra hansısa sosial yardımlardan danışılmamalıdır. Həmçinin qəhrəman ana statusunu 10 uşaq dünyaya gətirmiş qadınlara verilir ki, fikrimcə bu say 7-8-ə endirilə bilər”.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.