Azərbaycan və İraq prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Azərbaycan və İraq prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB
20 Noy 2023 17:15

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

- Cənab Prezident, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz.

Biz artıq cənab Prezidentlə əməkdaşlığımız, regionlarımızda siyasi proseslərlə bağlı müxtəlif məsələlərə dair çox yaxşı müzakirə apardıq. İndi isə biz nümayəndə heyətlərinin iştirakı ilə vacib məsələlərin müzakirəsini davam etdirəcəyik. Gələn ay bizim nümayəndə heyəti birgə iqtisadi komissiyada iştirak etmək üçün İraqa səfər edəcək. Biz artıq ticarət, iqtisadi və enerji gündəliyimizlə bağlı məsələləri qismən müzakirə etdik.

Beləliklə, ilk növbədə, biz cənab Prezidenti Azərbaycana rəsmi səfərdə qəbul etməkdən çox şadıq. Bu, ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir. Bu, Azərbaycan müstəqil ölkə olandan bəri İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əminəm ki, səfər çox yaxşı nəticələr verəcək. Beləliklə, indi biz iqtisadi-ticari əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirəsini davam etdirəcəyik. Əminəm ki, bu, həmçinin gələn ay Bağdadda keçiriləcək görüşün yaxşı nəticələrinə müsbət töhfə olacaq. Cənab Prezident, bir daha xoş gəlmisiniz.

Prezident Əbdüllətif Camal Rəşid çıxış edərək deyib:

- Təşəkkür edirəm, cənab Prezident, Sizi görmək hər zaman xoşdur. Əlaqələrin gücləndirilməsi, ticarət, siyasət, eləcə də beynəlxalq məsələlərə dair Sizdən məsləhət almaq çox yaxşı haldır. Biz iki ölkə arasında əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik. Gələn ay sizin nümayəndə heyətini qəbul etməyi gözləyirik və ümidvaram ki, o, çox səmərəli olacaq. Azərbaycana bütün səfərlər səmərəli olur. Bu gün bizim nümayəndə heyətlərimiz iki ölkə arasında bəzi anlaşma memorandumlarının imzalanmasına hazırdır.

11:55

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə geniş tərkibdə görüşü olub.

Bu barədə AZƏRTAC xəbər verir.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.