Yaxın günlərdə Azərbaycan və İraq arasında iqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü zamanı məlumat verilib.
Prezident İlham Əliyev İqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın vaxtlarda İraqda iclasının keçiriləcəyini və onun iqtisadi-ticari əlaqələrin daha da genişlənəcəyində mühüm rol oynayacağını deyib.
İsrail hakimiyyəti və Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsin uzadılması barədə razılığa gəlib.
ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfər edib.