FHN-də Heydər Əliyevin 100 illiyinə həsr olunmuş çempionat keçirilib - FOTO

FHN-də Heydər Əliyevin 100 illiyinə həsr olunmuş çempionat keçirilib - FOTO
18 Sent 2023 16:37

Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə Qəbələ rayonunun meşə zolağında Nazirliyin qurumları arasında ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş səmti müəyyənetmə üzrə çempionat keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 18 komandadan 60-a yaxın əməkdaş qüvvəsini sınayıb.

Yarışın son günündə komanda və şəxsi hesab üzrə qaliblər müəyyən olunublar.

Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qalib idmançıları təbrik edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev müstəqil Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək bildirib ki, ulu öndər digər sahələrdə olduğu kimi, ölkə idmanının inkişaf strategiyasını da müəyyənləşdirib və bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər nəticəsində qısa müddətdə böyük uğurlar qazanılıb. Ümummilli liderin mütərəqqi siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Azərbaycanın sözün əsl mənasında idman ölkəsinə çevrildiyini, dünya idman arenalarında respublikamızı layiqincə təmsil edən idmançıların yetişdiyini iftixar hissi ilə dilə gətirən F.Musayev, həmçinin ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlərdən, yarışın əhəmiyyətindən, eyni zamanda FHN əməkdaşlarının idman uğurlarından danışıb.

Sonra çempionatda uğur qazanmış komandalar və şəxsi birincilikdə fərqlənən idmançılar təltif olunublar.

Belə ki, yarışda komanda hesabında 1-ci yeri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, 2-ci yeri Xüsusi Riskli Xilasetmə Xidməti, 3-cü yeri isə Şimal Regional Mərkəzinin komandası tutub. Bundan əlavə, qızlar arasında şəxsi yarışlarda 1-ci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Kəmalə Qəhrəmanova, 2-ci yerə Bakı Regional Mərkəzinin əməkdaşı Leyla Əliyeva, 3-cü yerə Mülki müdafiə qoşunlarının əməkdaşı Fəridə Hüseyinzadə layiq görülüblər. Kişilərin yarışında isə 1-ci yeri Bakı Regional Mərkəzinin əməkdaşı Azad Heydərov, 2-ci yeri Tikintidə Təhlükəsizliyə Nəzarəd Dövlət Agentliyinin əməkdaşı Vüsal Bağırzadə, 3-cü yeri isə Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Hikmət Eyvazov tutublar.

Yarışın əzmkar komandası adına FHN Aparatının komandası layiq görülüb.

Çempionatın keçirilməsində göstərdikləri köməkliyə görə FHN-in Mülki müdafiə qoşunlarının N saylı hərbi hissəsinin komandiri polkovnik Amil Alıcanov, Nazirliyin Tibb xidmətinin əməkdaşları və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komitəsi fəxri fərmanlarla təltif olunublar.

Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.

 


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.