Prezident: “Ermənistanın ərazilərimizi minalarla çirkləndirməsi ekshumasiya işlərinə ciddi maneələr yaradır”

Prezident: “Ermənistanın ərazilərimizi minalarla çirkləndirməsi ekshumasiya işlərinə ciddi maneələr yaradır”
18 Sent 2023 12:38

“2020-ci ildə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün yeni imkanlar açdı. Lakin Ermənistan tərəfindən ərazilərimizin minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunması, ekshumasiya işlərinin aparılması prosesinə ciddi maneələr yaradır”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 18-də Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda bildirilib.

Qeyd olunub ki, Vətən müharibəsindən dərhal sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılmasına başlanılıb. İşğaldan azad edilmiş ərazilərdə son iki ildə aparılmış qazıntılar nəticəsində 10 kütləvi məzarlıq aşkar edilib. Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində itkin düşmüş 15 nəfərin eyniləşdirilməsi mümkün olub və bu barədə ictimaiyyətə məlumat verilib.

“İtkin düşmüş şəxslər məsələsi postmünaqişə dövründə bütün aidiyyəti görüşlərdə, Ermənistanla aparılan danışıqlarda, xüsusilə Brüssel və Vaşinqton platformalarında tərəfimizdən xüsusi qabardılır. Təəssüf ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Bunun səbəbləri aydındır. Ermənistan hesab edir ki, bununla törətdiyi növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim edilməsi məqsədilə Ermənistana təzyiq göstərməlidir. Bu sırf humanitar məsələdir və onun siyasiləşdirilməsi yolverilməzdir”, - deyə məktubda diqqətə çatdırılıb.


29 May 2024
Siyasət

Xankəndi şəhərinə ilk köçün tarixi AÇIQLANDI

Azərbaycanın Xankəndi şəhərinə ilk köçün tarixi açıqlanıb.

29 May 2024
Siyasət

Kanada parlamentində Azərbaycanın 28 May - Müstəqillik Günü qeyd olunub

Azərbaycanın Müstəqillik Günü münasibətilə Kanada parlamentində "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Ottavadakı "Qarabağ" Azərbaycan dili məktəbinin təsisçisi Nigar Əliyevanın birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib.

28 May 2024
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycan bu gün Cənubi Qafqazda sülhün əsas qarantıdır”

“ Ölkəmiz Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaranmasının 106-cı ildönümünü qeyd edir. 1918-ci il may ayının 28-də istiqlaliyyətini elan edən Cümhuriyyət şanlı dövlətçilik tariximizi müstəsna dərəcədə zənginləşdirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli dövlətçiliyin bərpası, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin başlanması düşmənlərin planlarını pozmuş oldu. May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Konstitusiya aktı statusuna malik olan ilk hüquqi sənəd – İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olundu, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirildi və dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapdı.”

27 May 2024
Siyasət

Azərbaycanda seçicilərin sayı açıqlanıb

Azərbaycanda səsvermə hüququ olan 6 milyon 326 min 764 şəxs var.

27 May 2024
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva "Crescent Mall" ticarət mərkəzinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər.