Azərbaycan əmtəə qazının hasilatını artırıb

Azərbaycan əmtəə qazının hasilatını artırıb
18 Sent 2023 11:46

Azərbaycan 2023-cü ilin yanvar-avqust aylarında əmtəə qazının hasilatını 2022-ci ilin analoji dövrü ilə müqayisədə 5,3 faiz artırıb.

Trend bu barədə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin məlumatlarına görə, bu ilin ilk 8 ayı ərzində Azərbaycanda təbii qaz hasilatı 32,2 milyard kubmetr, o cümlədən əmtəə qazının hasilatı 24,1 milyard kubmetr təşkil edib. Təbii qaz hasilatı isə illik hesablamada 5 faiz artıb.

Xam neft, o cümlədən əmtəə neftinin hasilatında isə bu müddət ərzində azalma müşahidə olunub.

Beləliklə, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda kondensatla birlikdə 20,2 milyon ton xam neft hasil olunub ki, bunun təqribən 20,1 milyon tonu əmtəə neftinin payına düşüb. Bununla Azərbaycan kondensatla birlikdə xam neft hasilatını illik hesablamada 7,5 faiz azaldıb. Həmçinin əmtəə neftinin hasilatı il ərzində 7,6 faiz azalıb.

Qeyd edək ki, Azərbaycanda neft hasilatının 65 faizdən çoxu "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun payına düşür.

2022-ci ildə Azərbaycanın sübut olunmuş neft ehtiyatlarının həcmi 2021-ci ildən sonra dəyişməz olaraq 7 milyard barel qiymətləndirilir. 

Həmçinin qeyd edək ki, Azərbaycan şelfdə mühüm qaz ehtiyatlarına malikdir. Qiymətləndirmələrə görə, nəhəng "Şahdəniz" yatağının öyrənilmiş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat təşkil edir.

Bundan başqa, Azərbaycanın karbohidrogen yataqları arasında "Ümid-Babək" bloku da yer alır. İlkin məlumatlara əsasən, perspektiv “Babək” strukturunun ehtiyatları 400 milyard kubmetr qaz, 80 milyon ton kondensat həcmində qiymətləndirilir.

Digər perspektiv strukturlara gəlncə, "Şəfəq-Asiman" blokunun proqnoz ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat təşkil edir. "Abşeron" yatağlndan isə birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasilatı planlaşdırılır.


25 Sent 2023
Cəmiyyət

Azad edilmiş ərazilərdə daha 29 mina aşkarlanıb

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

25 Sent 2023
Cəmiyyət

Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

25 Sent 2023
Cəmiyyət

Daha iki gün geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası sentyabrın 27-nə qədər davam edəcək.