Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
18 Sent 2023 11:36

“Mən taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, onlara səbir diləyirəm”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.

Dövlət başçısı bildirib ki, 30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir:

“Mən itkin ailələrini əmin edirəm ki, Vətən uğrunda döyüşlərdə itkin düşmüş bütün şəxslərin taleyinin aydınlaşdırılması üçün səylərimizi əsirgəməyəcəyik.

İtkin düşmüş şəxslər məsələsi postmünaqişə dövründə bütün aidiyyəti görüşlərdə, Ermənistanla aparılan danışıqlarda, xüsusilə Brüssel və Vaşinqton platformalarında tərəfimizdən xüsusi qabardılır. Təəssüf ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Bunun səbəbləri aydındır. Ermənistan hesab edir ki, bununla törətdiyi növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim edilməsi məqsədilə Ermənistana təzyiq göstərməlidir. Bu, sırf humanitar məsələdir və onun siyasiləşdirilməsi yolverilməzdir.

İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, barışıq baxımından da vacibdir. Bu sahədə əməkdaşlıq effektiv etimad quruculuğu tədbirlərindən biri ola bilər”.

10:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

“Report” xəbər verir ki, Prezident İlham Əliyevin müraciətini Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev oxuyub.


25 Sent 2023
Siyasət

Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB - VİDEO

Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda rəsmi qarşılanma mərasimi olub.

25 Sent 2023
Siyasət

Ərdoğan Naxçıvana yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana yola düşüb.

22 Sent 2023
Siyasət

Hikmət Hacıyev: “Azərbaycan yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırdır”

“Azərbaycanın mərkəzi hakimiyyəti yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə və ya bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə etməyə hazırdır”.

22 Sent 2023
Siyasət

Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq planına əsasən, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hərbi hüquq ixtisası üzrə ekspertlərin görüşü keçirilib.