Bakı metropoliteninin dörd stansiyada canlı konsert proqramı təşkil olunacaq

Bakı metropoliteninin dörd stansiyada canlı konsert proqramı təşkil olunacaq
18 Sent 2023 10:03

Sentyabrın 18-də ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş XV musiqi festivalı bu gün başlanır və sentyabrın 28-dək davam edəcək.

Oxu.Az xəbər verir ki, Milli Musiqi Günü münasibəti ilə Bakı metropoliteni sərnişinlərinə xoş ovqat bəxş edəcək konsert proqramı təşkil edəcək. Konsert proqramı “İçərişəhər” (10:30 - 12:00), “Sahil” (11:30-13:00), “28 May” (12:30-14:00), “Elmlər Akademiyası” (13:30-15:00) stansiyalarında təqdim olunacaq.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və təqdim etdiyi parçalar əsasında tərtib olunaraq, Musiqi Günü və keçirilən festivala həsr olunmuş musiqi proqramının metro stansiyalarında səsləndirilməsinə başlanılıb. Proqrama Üzeyir Hacıbəyovun 11 əsərindən parçalar daxil edilib. Dahi bəstəkarın yaradıcılığının məhsulu olan məşhur “Sənsiz”, “Sevgili canan” romansları, “Koroğlu”, ”Arşın mal alan” operalarından uvertüra, “Arazbarı”, “Aşıqsayağı”, “Cəngi”əsərləri, “Koroğlu” operasından Koroğlunun ariyası, “Çənlibel” xoru, “Leyli və Məcnun” operasından “Qızlar” və “Şəbi hicran” xorundan ibarət proqram günün sonuna qədər yayımlanacaq.

Proqrama milli muğam üçlüyü və simli kvartetin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, folklor nümunələri salınıb.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.