Soçidə MDB Hökumət Başçıları Şurasının iclası başlayıb - VİDEO

Soçidə MDB Hökumət Başçıları Şurasının iclası başlayıb - VİDEO
08 İyun 2023 13:36

Soçidə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclası başlayıb.

Tədbirin açılışında çıxış edən Rusiyanın Baş naziri Mixail Mişustin ölkəsinin MDB-də əməkdaşlığın daha da inkişafında maraqlı olduğunu vurğulayıb.

“Xalqlarımızı çoxəsrlik tariximiz, ümumi mədəni və sivilizasiya kodumuz birləşdirir. Biz ən çətin vəziyyətlərdə birlikdə işləməyə, qarşılıqlı faydalı həll yollarını tapmağa qadirik”, - deyə Mişustin əlavə edib.

O, Qırğızıstan Respublikasının sədrliyi ilə bugünkü görüşün belə tərəfdaşlıq şəraitində keçiriləcəyinə əminliyini də bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya hökumət başçısının dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edir. Baş nazir, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında və III Avrasiya Konqresində qonaq qismində iştirak edəcək.

Bundan əlavə, səfər çərçivəsində Əli Əsədovun xarici həmkarları ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib.

26 Apr 2024
Siyasət

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

26 Apr 2024
Siyasət

İlham Əliyev Füzulidən Berlinə getdi - FOTO/VİDEO

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.