Azərbaycanın bədii gimnastları Misirdəki turnirə yollanıblar

Azərbaycanın bədii gimnastları Misirdəki turnirə yollanıblar
07 İyun 2023 14:33

Azərbaycanın bədii gimnastları Misirin paytaxtı Qahirədəki "Pharaohs Cup" beynəlxalq turnirində iştirak edəcəklər.

Federasiyadan "Report"a verilən məlumata görə, gənclərdən ibarət yığma, fərdi gimnastlar Nuray Əhmədzadə və Şəms Ağahüseynova, eləcə də qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova yarışa yollanıblar.

Qeyd edək ki, "Pharaohs Cup" 9-11 iyunda təşkil olunacaq.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.