Emin Hüseynov: “Mina təmizlənməsi işğaldan azad edilmiş ərazilərin bərpasında mühüm rol oynayır”

Emin Hüseynov: “Mina təmizlənməsi işğaldan azad edilmiş ərazilərin bərpasında mühüm rol oynayır”
07 İyun 2023 11:28

“Mina təmizlənməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında mühüm rol oynayır”.

“Report” xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və bərabərlik” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, yenidənqurma işlərinin birinci mərhələsində kiçik ərazilərin bərpası üzrə layihələr həyata keçirilib, daha sonra isə iri şəhərlərin bərpası nəzərdə tutulub.

“Ağdam ərazisi 30 faizə yaxın, Füzuli 27 faiz, Xocalı 15,8 faiz, Xocavənd 5,3 faiz minalardan təmizlənib”, - Emin Hüseynov bildirib.

O, işğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabrından sonra dəmir yolu xətlərinin çəkildiyini, beynəlxalq hava limanının tikildiyini qeyd edib.


26 Apr 2024
Cəmiyyət

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.

25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.